Vista Pharm — Pharmaceutical Сompany 2020 @ Design: Kamal Bakh

“Vista Pharm”

Sizin sağlamlığınız bizim üçün önəmlidir!

“Vista Pharm” şirkətinin əməkdaşlıq etdiyi farmasevtik zavodlar.

Azərbaycanda farmakologiya sahəsində marketinq fəaliyyətinin vacibliyi axırıncı illər özünü daha cox göstərir. Uzun illər müalicə-profilaktik və əczaxana müəssələri mərkəzləşdirilmiş sistem ilə dərman preparatları ilə təmin olunurdu. Amma belə dərmanların istehsalına və keyfiyyətinə heç kimin cavabdehlik daşımadığına görə, həkimlər və əhali təhlükə qarşısında qalırdılar. 1988-ci ildən bəri Azərbaycan dövlətinin bütün sahalərində inkişafa doğru olan müxtəlif yeniliklər və dəyişikliklər baş verdi. Səhiyyədə də respublikanın farmakoloji bazarına dərman firmaları daxil oldu. “Vista pharm” şirkəti farmakologiya sahəsində 2011-cı ilin dekabr ayından marketinq fəaliyyətinə başladı və bu gün Azərbaycanda fəaliyyət göstərən şirkətlərdən biri olmaqla yeni və keyfiyyətli dərmanlarını təklif edir. Səkkiz ildən artıq fəaliyyəti dövründə özünün güclü maddi və elmi bazasını yaratmışdır. Şirkətı yüzə qədər əməkdaş təmsil edir. Şirkətin nəzrində marketinq, təchizat, analitik, mühasibat şöbələri fəaliyyət göstərir. Marketinq şöbəsi tərkibcə və fəaliyyət həcminə görə kollektivin əsas hissələrini təşkil edir. Böyük bir menecer kollektivi fəaliyyət göstərir. Respublikanın demək olar ki, bütün reqionlarında şirkətin yerli nümayəndələri fəaliyyət göstərir.


Bizim istehsal

“Vista pharm ” şirkətinin marketinq fəaliyyəti təbabətin bütün sahələrini: kardiologiya, nevrologiya, urologiya, qastroenterologiya, ginekologiya, endokrinologiya,pediatriya, cərrahiyə və digər vacib istiqamətləri əhatə edir. Bununla yanaşı “Vista pharm” şirkəti öz fəaliyyət proqramını daim yeniləməkdə və genişləndirməkdədir.Yaxın gələcəkdə “Vista Pharm” şirkəti öz dərman çeşidini daha da geniş və seçimli etmək niyyətindədir. Hazırda “Vista Pharm” şirkəti bir sıra ölkələrin qabaqcıl farm zavodları ilə əməkdaşlıq edərək, ən yeni preparatların, unikal və rahat kombinasiyalarının gətirilməsini və yayımını həyata kecirir.

“Vista Pharm”şirkəti

“Vista Pharm” şirkəti Bolqariya “Forteks” , Turkiyə “Koç İlac” və “Polşa Biofactor” farmasevtik zavodları ilə əməkdaşlıq edir.