Tridrop — Vista Pharm
Home » Məhsullarımız » Tridrop

 

 

Tərkibi:

Məhlulun 1 ml-də (20 damcı):
Xolekalsiferol (Vitamin D3) – 15 000 BV var.

Farmakoloji təsiri:
Vitamin D3 aktiv antiraxitik faktordur. Vitamin D3- ün ən vacib funksiyası skeletin möhkəmlənməsi və düzgün mineralizasiyasına şərait yaradan kalsium və fosfor mübadiləsini requlə etməkdir. Vitamin D3 Vitamin D-nin təbii forması olub insanın dərisində günəş süalarının təsiri altında yaranır və aktivliyi 25% vitamin D2 –dən yüksəkdir. Vitamin D qalxanbənzər ətraf vəzilər, bağırsaqlar, böyrəklər və sümük sisteminin fəaliyyəti üçün vacibdir. Bağırsaqlardan kalsium və fosforun absorbsiyasında, sümüyün kalsifikasiya proseslərində mineral duzların transportunda və böyrəklər tərəfindən kalsium və fosfatların çıxarılmasının requlyasiyasında vacib rol oynayır.

İstifadəsinə göstərişlər:
D vitamini çatmamazlığının profilaktika və müalicəsi;
Raxitin, raxitəbənzər xəstəliklərin, hipokalsemik tetaniyaların, osteomalyasiyanın və metabolizmin pozğunluğu nəticəsində yaranan sümük xəstəliklərinin (hipoparatireoz, psevdohipoparatireoz) profilaktika və müalicəsi;
Osteoporozun, həmçinin menopauzal osteoporozun kompleks müalicəsi;
Bağırsaq xəsətliklərində, qaraciyər sirrozunda, mədə və ya bağırsağın rezeksiyalarında sorulmanın pozulması zamanı profilaktik məqsədlə;
İstifadə qaydası və dozalanması:
Tridrop qaşıqda su ilə qarışdırılır Bir damcının tərkibində 750 BV vitamin D3, 1 ml-də 20 damcı var. Preparatın dozalanmasını dəqiq ölçmək üçün flakonu 450 bucaq altında tutmaq lazımdır.
Hər gün daxilə 4-10 damcı (3000-7500 BV), 4-8 həftə ərzində təyin olunur. Profilaktik olaraq yenidoğulmuşlara 4 həftəliyindən 2-3 yaşına qədər sutkada 750-1500 BV (1-2 damcı), yarımçıqlara, əkizlərə, əlverişsiz şəraitdə yaşayan uşaqlara sutkada 1500-2250 BV (2-3 damcı) təyin etmək olar. Yay dövründə dozanı sutkada 750 BV (1 damcı) endirmək olar. Hamiləlik dövründə vitamin D3 sutkalıq dozası ya bütün hamiləlik dövründə 750 BV və ya hamiləliyin 28-ci həftəsindən sonuna qədər 1500 BV dozada təyin oluna bilər. Böyüklərə Tridrop sutkada 750-1500 BV (1-2 damcı) dozada təyin olunur.
Əks göstərişləri:Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, vitamin D3 hipervitaminozu, hiperkalsemiya, hiperkalsiuriya, sidik daşı xəstəliyi, sarkoidoz, böyrək çatmamazlığı.

Buraxılış forması:
TRİDROP, damcı, flakonda 50 ml

İstehsalçı ölkə:
FORTEX Bolqarıstan