Omefol — Vista Pharm
Home » Məhsullarımız » Omefol

 

 

(Hipolipidemik,antiagregant,antioksidant və reproduktiv korrrektor)

Tərkibi:
Omeqa-3-doymamış yağ turşularının etil efiri 1000 mq
Eykozapentaen turşusu (EPA) 300 mq
Dokozaheksoen turşusu (DHA) 200 mq
Vitamin E 15 BV
Fol turşusu (vitamin B9) 400 mkq

Farmakoloji təsiri:
Omefol Doymamış yağ turşuları Omeqa-3 (eykazopentaen və dokozaheksaen turşuları), vitamin E, fol turşusu tərkibli kombinəolunmuş preparatdır.
Omeqa-3 doymamış yağ turşuları geniş spektrli kliniki-farmakoloji effektlərə malikdir,lipid mübadiləsini normallaşdırır,ürək-damar və metabolik pozğunluqların qarşısını alır,qanın reoloji xüsusiyyətlərini və mikrosirkulyasıyanı yaxşılaşdırır,damarların tonusunu requlə edir;iltihabəleyhinə prostoqlandinlərin sintezini təmin edir (endotel zədələnməsinin və endotelial disfunksiyaların qarşısını alır),Immun, sinir, ürək-damar sistemi, gözün torlu qişası hüceyrələrinin struktur komponentlərindən olub, onların optimal fəaliyyətini təmin edir.Omefol ürək-damar sisteminə antiaritmogen təsir göstərir, mədəcik aritmiyalarının yaranmasını azaldır, ürək dayanmasının və qəfləti ölümün qarşısını alır. Diğər antiaritmik preparatlardan fərqli olaraq Omefol mədəciklərin refrakter dövrünün uzanmasına səbəb olur ki, bu da öz növbəsində miokardın elektrik qeyri-stabilliyinin azalamsına gətirib çıxarır. EKQ-nin sutkalıq monitorinqi Omefol koronar qan dövranına müsbət təsirini aşkar etmişdir.
Omeqa-3 doymamış yağ turşuları, ana-plasenta-döl sisteminin qan dövranını, qanın reoloji xüsusiyyətlərini yaxşılaşdırır, hestozların və perinatal ağırlaşmaların qarşısını alır (patoqenetik təsdiq olunub).
Fol turşusu qanyaranmada iştirak edir. Onun çatmamazlığı aterosklerotik dəyişikliklərin markeri olan- homosisteinin qanın plazmasında miqdarını artırır. Hamiləlik dövründə fol turşusunun çatmamazlığı anadangəlmə qüsurların (sinir borusu defektləri və s.), həmçinin hipotrofiya və yarımçıq doğulma ilə nəticələnə bilər.
Vitamin E -antioksidantdır, oksidləşmə prosesləri nəticəsində hüceyrələrdə qocalma proseslərini tormozlayır, hüceyrələrin qidalanmasını yaxşılaşdırır, qan damarları divarlarını və ürəyi möhkəmləndirir, tromb əmələgəlmənin qarşısını alır və onların sovrulmasını təmin edir. Dölün normal inkişafı üçün vacibdir (əsasən də dölün tənəffüs sisteminin formalaşmasında), yumurtalıqların fəaliyyətini və hormonal fonu tənzimləyir (esterogen və progesteron sintezini və hormonal disbalansı), özbaşına düşük təhlükəsini aradan qaldırır.

Göstərişləri:
GN-müxtəlif mənşəli erkən doğuşlar, plasentar çatmamazlığa səbəb olan müxtəlif mənşəli trombofilik pozğunluqlarda,fetoplasentar çatmamazlıq, preeklampsiya və arterial hipertenziya riskinin terapiyası;
hamiləliyin planlaşdırılması və laktasiya dövründə;doğuşdan sonrakı depressiyaların müalicəsində;
KA-UİX-nin kompleks müalicəsi,Ateroskleroz,Hipertoniya
NE-Ateroskleroz,hipertoniya,İşemiya
OF-Görmə itiliyinin və gormə funksiyalarının bərpası məqsədilə;
RE-autoimmun və\və ya allergik patogenezə malik olan müxtəlif iltihabi xəstəliklərin (revmatoid artrit, sistemli qurd eşənəyi, Kron xəstəliyi və xoralı kolit, bronxial astma və atopik dermatit) müalicə və profilaktikasında;
DE-ekzema,atopik dermatit,allergiya
EN-metabolik sindrom,şəkərli diabetlərdə angiopatiyalar zamanı
İstifadə qaydaları və dozalanması: Profilaktik məqsədlə sutkada 1 softgel , müalicəvi məqsədlə sutkada 2-3softgel, 3 aydan az olmayan kurs müalicə ilə təyin olunur. Hamiləliyin II trimestrindən başlayaraq Omefol kompleks terapiyaya daxil olmalıdır (sutkada 1-2 softgel 1 ay ), hər 2 aydan bir kurs müalicə təkrarlanmalıdır.
Əks göstərişləri:Preparatın komponentlərinə yüksək həssaslıq.
Hamiləlik və laktasiya:Bütün hamiləlik və laktasiya dövründə Omefol qəbulu məsləhətdir.

Buraxılış forması:
softgel №60.

İstehsalçı ölkə:
”FORTEKS”, Bolqarıstan