Levocard — Vista Pharm
Home » Məhsullarımız » Levocard

 

 

Tərkib:
2 kapsulun tərkibi;
L-karnitin L-tartrat-…………500 mg;
Koenzim Q10………………….60 mg;
Kversetin…………………….150 mg.

 

Farmakoloji qrupu:
Neyroprotektor, kardioprotektor, sitoprotektor, hüceyrə metabolizmini gücləndirən vasitə.
L-karnitin (levokarnitin,vitamin B11) – aminturşu olub, metabolik prosesləri stimulə edən B qrup vitaminlərə mənsubdur. L-karnitin qaraciyər və böyrəkdə sintez olunur, digər organ və toxumalara daşınır. Antihipoksik, antitireoid, anabolik və regenerativ təsirlərə malikdir.Yağların mübadiləsini aktivləşdirir və ATF sintezini sürətləndirir. L-karnitin yağların əriməsini gücləndirir və bədənin artıq çəkisini azaldır. L-karnitin yağ və zülal mübadiləsini yaxşılaşdırır, ketoturşuların əmələ gəlməsini zəiflədir. L-karnitin yağ turşularının oksigendən aslı olmayan metabolizminə yol açır, nəticədə beynin hipoksiyasında müsbət təsir göstərir. Həzm şirələrinin sekresiyasını və fermentativ fəallığı artırır, nəticədə qidanın mənimsənilməsini yaxşılaşdırır, artıq bədən çəkisini azaldır. Fiziki gərginliyə qarşı dözümlülüyü artırır, ağır fiziki işdən sonrakı asidozu aradan qaldırır. Qaraciyərdə və əzələlərdə qlikogen ehtiyyatını artırır və onun daha qənaətlə sərf olunmasını təmin edir. Neyrotrofik təsir göstərir, zədələnmiş sinir toxumasını bərpa edir.
Koenzim Q10 –orqanizmdə istehsal olunan təbii vitaminəbənzər antioksidant maddədir və orqanizmin bütün hüceyrələrinin mitoxondrilərində olur. Koenzim Q10 digər adı “cavanlıq vitamini”- dir.Enerji mübadiləsini sürətləndirir.Hüceyrələri sərbəst radikallardan qoruyur, imuniteti artırır. Antioksidant və antiaterosklerotik təsirə malikdir. Qanın lipid tərkibini və reoloji xüsusiyyətlərini normallaşdırır. Miokardın yığılma qabiliyyətini yaxşılaşdırır və qanla təchizatını artırır. Antiaritmik, hipotenziv, hepatoprotektor təsirlər göstərir.Qanda qlükozanın səviyyəsini normallaşdırır.
Kversetin – antihistamin , antioksidant, dezintaksikasion, ödem əleyhinə, kapillyaroprotektiv və regenerasiyanı artıran bioflavonoid olub kapilyarların işini aktivləşdirir, qan –damar divarlarını möhkəmləndirir. Orqanizmdə mikrosirkulyasiyanı yaxşılaşdırır. Miokardın qan təchizatını yaxşılaşdırır. Güclü antioksidant effektə malik olub, hüceyrə membranlarını sərbəst radikalların zədələyici təsirindən qoruyur və hüceyrələrin vaxtından əvvəl qocalması proseslərini tormozlayır.

Göstərişləri:
Ürək-damar xəstəliklərinin kompleks müalicəsi və profilaktikasında (ateroskleroz, ÜİX, arterial hipertenziya);
Beyin-qan dövranının pozulması zamanı (hipoksiya, işemik insult, polineyropatiya);
Qalxanabənzər vəzin xəstəlikləri (şəkərli diabet, piylənmə, tireotoksikoz);
Kişi və qadın sonsuzluğunun kompleks müalicəsində (erektil disfunskiya, astenozoospermiya və spermatogenezin pozulması);
Fetoplasentar çatışmazlıq, dölün hipotrofiyası və hipoksiyası;
Immun sistemin zəifləməsilə müşahidə olunan ağır xəstəliklərdən sonrakı reabilitasiya dövrü (travmalar, cərrahi müdaxilə, infeksion və virus xəstəlikləri);
Bronxial astma, allergiya kompleks müalicəsi zamanı;
Yaşla bağlı göz dibində dəyişikliklərin profilaktikası: makulodistrofiyalar, katarakta, tor qişanın distrofik xəstəlikləri;
Onkoloji xəstəliklərin müalicə və profilaktikası (kimya- və radioterapiya zamanı);
Uşaqlarda və yeniyetmələrdə bədən çəkisinin defisiti və boy inkişafının ləngiməsi zamanı;
İntensiv fiziki yükləmələr zamanı əzələ aktivliyini artırmaq məqsədilə;
Yağların əriməsini gücləndirmək və bədənin artıq cəkisini azaltmaq məqsədilə.

İstifadə qaydası:
Böyüklərə: 2 kapsul gündə 2 dəfə;
6 -12 yaş :1 kapsul gündə 1-2 dəfə;
Hamilələrə:1 kapsul gündə 1–2 dəfə.

Əlavə təsirləri:
Preparat adətən orqanizm tərəfindən yaxşı qəbul olunur. Nadir hallarda allergik reaksiyalar müşahidə oluna bilər.

Əks göstərişləri:
Preparatın komponentlərinə yüksək həssaslıq.

Buraxılış forması:
Levocard, №60 kapsul, məlumat vərəqi ilə birlikdə karton qutuda qablaşdırılmışdır.

İstehsalçı ölkə: Koç İlac Türkiyə