Tərkib: (kremin 1 qramında):
Çay ağacı yağı (tea tree oil,)…………………………150 mq,
Qara zirə yağı (black cumin extract,) ………… 250 mq,
Aloe vera yağı (aloe vera oil)……………………… 100 mq
Bitki tərkibli antibakterial, antivirus, antiseptik, antifunqal, regenerator, immunostimuləedici vasitə.
Farmakoloji xüsusiyyətləri : Çay ağacı yağı-Avstraliya çay ağacının essensiyasıdır, Melaleuca alternifolia bitkisinin yarpaqlarından alınır. Çay ağacı yağının müsbət xüsusiyyətlərindən biri də kimyəvi tərkibinin tam təhlükəsiz olmasıdır, bu xüsusiyyətinə görə digər efir yağları arasında birinciliyə namizəd hesab edilə bilər.Tərkibində olan 48-dən artıq faydalı orqanik komponentlərdən (monoterpenlər (50%), diterpenlər(4-%) və sineol (15%), əlavə demək olar ki,təbiətdə rast gəlinməyən (viridifloren (1%), B-rerpineol(0,24%), L-ternineol (izləri)və alliheksonoat (izləri)) var. Çay ağacı yağı çox güclü antiseptik (karbol turşusundan 8 dəfə, fenoldan 12 dəfə güclü) olmaqla yanaşı həm də, bakterisid, göbələk əleyhinə, virus əleyhinə və immunostimuləedici təsirlərə də malikdir.
Çay ağacı yağı Staphylococcus ( aureus, epidermidis, pneumoniae, faecalis və s.daxil olmaqla 6-dan çox növünə), Propionibacterium acnes, Beta haemolytic streptococcus, Klebsiella pneumonie, Сitrobacter spp., Shigella sonnei, Proteus mirabilis, Legionella spp, Pseudomonas aeruginosa, Candida albicans və s.kimi patogen mikroorqanizmlərlə mübarizədə müvəffəqiyyətlə istifadə olunur. Bakteriya və göbələkləri məhv edir, həmçinin immuniteti gücləndirir. Çay ağacının efir yağı kliniki tədqiqatların nəticələrinə əsaslanaraq Avstraliya Milli Sovetində, Amerika və Avropa farmakopeyalarında göbələk əleyhinə və bakterisid vasitə kimi qeydiyyatdan keçib. Qızdırma zamanı bədən temperaturunu azaldır, regenerativ təsir göstərdiyi üçün yanıqların müalicəsində geniş istifadə olunur. Həşarat dişləmələri zamanı zəhəri neytrallaşdırır. Dəri xəstəliklərinin, həmçinin ekzema, su çiçəyi, herpesin müalicəsində təyin olunur.
Qara zirə toxumlarının yağı — antiseptik, iltihabəleyhine, immunostimuləedici və tonuslandırıcı təsir göstərərək hüceyrələrin yenilənməsini və bərpasını təmin edir.Psoriaz,ekzema və digər dermatitlər zamanı iltihabı prosesi aradan qaldırır,yanıqlar zamanı ağrıkəsici təsir göstərir.
Aloe vera yağı — iltihabəleyhinə, antioksidant təsirlərə malikdir, dəri və selikli qişaların hüceyrələrini yumşaldır və qidalandıraraq onları bərpa edir, qanın laxtalanmasını normallaşdırır, yaraların sağalmasını sürətləndirir. Aloe vera yağı immuniteti bərpa etdiyi üçün infeksion xəstəliklərin profilaktikasında istifadə oluna bilər.
Göstərişləri: Dəri xəstəliklərinin kompleks müalicəsi zamanı (psoriaz, neyrodermit, dəmrov, atopik ekzema,seboreya,akne,piodermiya,fotodermatoz və s..);
Dermatomikozlar zamanı;
Herpes simpleks
Müxtəlif dərəcəli yaniqlar zamanı;
Hamilələrdə strialar zamanı;
Kosmetik defektləri aradan qaldırmaq məqsədilə (kəpəklə mübarizə və dəridə piqment ləkələr)
İstifadə qaydası və dozalanması: Gündə 1-2 dəfə (səhər-axşam) zədələnmiş dəri səthinə nazik təbəqə ilə tətbiq edilməlidir. Müalicənin effektivliyini təmin etmək üçün dərmanı müntəzəm olaraq istifadə etmək lazımdır. Müalicə müddəti xəstəliyin gedişatına bağlıdır.
Əks göstərişlər: Preparatın tərkibinə daxil olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq.
Yan təsirləri: Əlavə təsirləri müşahidə edilməmişdir.
Buraxılış forması: yerli istifadə üçün krem 50 qr ,içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılmışdır.
İstehsalçı: Fortex