Tərkib:
Qara zirə toxumlarının yağı (Black seed oil)…………500 mg
Çay ağacı yağı (Tea tree oil)…………………………………300mg
Bitki tərkibli antibakterial, antivirus, antiseptik, antifunqal, regenerator, immunostimuləedici vasitə.
Farmakoloji xüsusiyyətləri:
Çay ağacı yağı-Avstraliya çay ağacının essensiyasıdır, Melaleuca alternifolia bitkisinin yarpaqlarından alınır. Çay ağacı yağının müsbət xüsusiyyətlərindən biri də kimyəvi tərkibinin tam təhlükəsiz olmasıdır, bu xüsusiyyətinə görə digər efir yağları arasında birinciliyə namizəd hesab edilə bilər.Tərkibində olan 48-dən artıq faydalı orqanik komponentlərdən (monoterpenlər (50%),diterpenlər(4-%)və sineol (15%), əlavə demək olar ki,təbiətdə rast gəlinməyən (viridifloren (1%),B-rerpineol(0,24%),L-ternineol (izləri)və alliheksonoat (izləri)) var. Çay ağacı yağı çox güclü antiseptik (karbol turşusundan 8 dəfə, fenoldan 12 dəfə güclü) olmaqla yanaşı həm də, bakterisid, göbələk əleyhinə, virus əleyhinə və immunostimuləedici təsirlərə də malikdir.
Çay ağacı yağı Staphylococcus(aureus,epidermidis,pneumoniae,faecalis və s.daxil olmaqla 6-dan çox növünə), Propionibacterium acnes , Beta haemolytic streptococcus, Klebsiella pneumonie, Сitrobacter spp., Shigella sonnei, Proteus mirabilis, Legionella spp, Pseudomonas aeruginosa, Candida albicans və s.kimi patogen mikroorqanizmlərlə mübarizədə müvəffəqiyyətlə istifadə olunur. Bakteriya və göbələkləri məhv edir, həmçinin immuniteti gücləndirir.Çay ağacının efir yağı kliniki tədqiqatların nəticələrinə əsaslanaraq Avstraliya Milli Sovetində, Amerika və Avropa farmakopeyalarında göbələk əleyhinə və bakterisid vasitə kimi qeydiyyatdan keçib. Güclü antiseptik, virus əleyhinə və iltihab əleyhinə təsirə malik olan çay ağacı yağı soyuqdəymə, qrip, öskürək, sinusit, angina və bonxitlərdə bir çox inhalyasiyaların və massajın tərkibinə daxildir. Qızdırma zamanı bədən temperaturunu azaldır, regenerativ təsir göstərdiyi üçün yanıqların müalicəsində geniş istifadə olunur. Həşarat dişləmələri zamanı zəhəri neytrallaşdırır. Dəri xəstəliklərinin,həmçinin ekzema, su çiçəyi, herpesin müalicəsində təyin olunur.
Qara zirə toxumlarının yağı — parazitəleyhinə, antibakterial, antivirus, göbələkəleyhinə və iltihabəleyhinə, immunostimuləedici və antioksidant təsir göstərir. Həmçinin bağırsaq florasının təbii simbiozunu və uşaqlıq yolunun normal mikroflarasını bərpa edir, selikli qişanın müdafiə və reparativ proseslərini stimullaşdırır və optimal ph-ı tənzimləyir. Patogen bakteriyaların inkişafını inhibə edir, bifidobakteriyaların inkişafını sürətləndirir və bununlada disbakteriozu aradan qaldırır.Yetkin qurdlara (nematozlar,yastı qurdlar və b) və qurd yumurtalarına, o cümlədən, ibtidailərə (lyambliya,trixomonada,toksoplazma və b.) göbələklərə öldürücü təsir göstərir.
Göstərişləri:
Uşaqlıq boynunun eroziyası, qadın cinsi orqanlarının yarımkəskin və xroniki iltihabı prosesləri; (vaginal herpes, bakterial vaginoz, trixomoniaz, vaginal kandidoz) ;
Hormonal asılı, senil kolpitlər, spesifik hormonal terapiya fonunda;
Müxtəlif etialogiyalı vaginitin profilkatikası və müalicəsi zamanı (radio və kimyaterapiyadan sonra);
Planlı, diaqnostik və müalicəvi ginekoloji cərrahi müdaxiləyə hazırlıq;
Kontraseptivlərin istifadəsi (spermisidlər, UDS, KOK);
Hamilələrin doğuşdan əvvəlki hazırlığı;
Abort və doğuşdan sonra;
Çimərlik mövsümündə infeksion xəstəliklərin profilaktikası
Hemorroidal düyünlərin iltihabı zamanı, düz bağırsağın çatları, babasil;
Antibiotiklər, sitostatiklər, kortikosteroidlər, göbələk əleyhinə və virus əleyhinə preparatlarla müalicə vaxtı və ya müalicədən sonrakı dövr;
İstifadə qaydası və dozalanması:
1 rekto-vaginal şam 1-2 dəfə(səhər-axşam).
Əks göstərişlər:
Preparatın tərkibinə daxil olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq, hamiləlik və 1 yaşına qədər uşaqlar
Yan təsirləri:
Əlavə təsirləri müşahidə edilməmişdir.
Buraxılış forması:
2 blisterdən ibarət 6 rekto-vaginal şam içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılmışdır.
İstehsalçı:
Cydonia phytopharmaceuticals.