Relayfin — Vista Pharm
Home » Məhsullarımız » Relayfin

 

 

Tərkibi:
Cəfəri kökünün ekstraktı 35 mg,
Çobanyastığı 22 mg,
D-mannoz 210 mg,
Quşüzümü ekstraktı 160mg,
Tərəvəz ekstraktı 120 mq,
Sink 10.80 mq,
Askorbin turşusu 60 mq

Farmakoloji təsiri:
Relayfin — bitki tərkibli kombinə olunmuş preparat olub diuretik, spazmolitik, litolitik, iltihabəleyhinə, antibakterial, öd qovucu və antioksidant təsir göstərir. Orqanizmdən ağır metal duzlarının, toksinlərin, sidik turşusunun eliminasiyasını təmin edir.Relayfin — öd və mədə şirəsi ifrazını stimullaşdırır, həmçinin sidik və sidik turşusunun əmələ gəlməsini normallaşdırır.
Relayfin antibiotiklərin təsir effektini gücləndirir.

Göstərişləri:
Xroniki sistit (sidik kisəsinin iltihabı),
Xroniki pielonefrit (böyrək toxuması və böyrək ləyənlərinin iltihabı),
Xroniki qlomerulonefrit (böyrək yumaqcıqlarının zədələnməsi ilə gedən böyrək toxumalarının ikitərəfli iltihabı),
İnterstisial nefrit (birləşdirici toxuma zədələnməsilə gedən böyrəklərin iltihabı),
Nefrolitiazın profilaktikası (böyrək daşı), həmçinin litotripsiyadan sonra.
Sidik və öd yollarının spazmı,
Spastik kolit,
Müxtəlif növ intoksikasiyalar (dərman, alkoqol, narkotik mənşəli, qidə zəhərlənmələri),
Prostatit (kompleks müalicə),
Prostat vəzinin xoşxassəli hiperplaziyası (adenoma);
Diabetik nefropatiya

Istifadə qaydası və dozalanması:
Böyüklərə: 1 kapsul gündə 2 -3 dəfə;
6 -12 yaş :1 kapsul gündə 1-2 dəfə;
Hamilələrə:1 kapsul gündə 1–2 dəfə.
Preparatın kurs müalicəsi 2-4 həftədir.
Doza müalicə həkimi tərəfindən korreksiya oluna bilər.

Əlavə təsirləri:
Preparat adətən orqanizm tərəfindən yaxşı qəbul olunur. Nadir hallarda allergik reaksiyalar müşahidə oluna bilər.

Əks göstərişləri:
Preparatın komponentlərinə həssaslıq.

Hamiləlik və laktasiya:
Istifadə göstərişlərinə əsaslanaraq Relayfini hamiləlik dövründə istifadə etmək olar.
Buraxılış forması: Relayfin, bağırsaqda həll olan kapsullar, №60,məlumat vərəqi ilə birlikdə karton qutuda qablaşdırılmışdır.
Saxlanma şəraiti:Otaq temperaturunda, uşaqlar üçün əlcatmaz yerdə saxlanılmalıdır.
Preparat təbii komponentlərdən ibarət olduğu və tərkibində kimyəvi maddələr olmadığı üçün dərman vasitəsi deyil.
Apteklərdən buraxılış forması: reseptsiz buraxılır.

İstehsalçı: