Olibrey — Vista Pharm
Home » Məhsullarımız » Olibrey

 

 

(Antibakterial, antivirus, antiseptik, antifunqal, regenerator, immunostimuləedici)

Tərkibi:
1 ml-in tərkibində:
Çay ağacı yağı 0,01 ml,
Çaytikanı yağı 0,1 ml

Farmakoloji təsiri:
Çay ağacı yağı –Avstraliya çay ağacıının essensiyasıdır, Melaleuca alternifolia bitkisinin yarpaqlarından alınır. Bu, tərkibində 480-dan artıq orqanik birləşmələr olan mürəkkəb substansiyadır.
Çay ağacı yağının müsbət xüsusiyyətlərindən biri də yağın kimyəvi tərkibinin tam təhlükəsiz olmasıdır, bu xüsusiyyətinə görə diğər efir yağlarından fərqlənir. Tərkibində həmçinin 48 xeyirli orqanik komponentlər var.
Çay ağacı yağı çox güclü antiseptik (karbol turşusundan 8 dəfə, fenoldan 12 dəfə güclü) olmaqla yanaşı həm də, bakterisid, göbələk əleyhinə, virus əleyhinə və immunostimuləedici təsirlərə də malikdir.
Çay ağacı yağı Staphylococcus (aureus, epidermidis, pneumoniae, faecalis və s. daxil olmaqla 6-dan çox növünə), Propionibacterium acnes, Beta haemolytic streptococcus, Klebsiella pneumoniae, Citrobacter spp., Shigella sonnei, Proteus mirabilis, Legionella spp., Pseudomonas aeruginosa, Candida albicans və s. kimi patogen mikroorqanizmlərlə mübarizədə aktiv istifadə olunur. Bakteriya və göbələkləri məhv edərək immuniteti gücləndirir.Çay ağacının efir yağı kliniki tədqiqatların nəticələrinə əsaslanaraq Avstraliya Milli Sovetində, Amerika və Avropa farmakopeyalarında göbələk əleyhinə və bakterisid vasitə kimi qeydiyyatdan keçib. Güclü antiseptik, virus əleyhinə və iltihab əleyhinə təsirə malik olan çay ağacı yağı soyuqdəymə, qripp, öskürək, sinusit, angina və bronxitlərdə bir çox inhalyasiyaların və massajın tərkibinə daxildir. Qızdırmalarda bədən temperaturunu azaldır, regenerativ təsir göstərdiyi üçün yanıqların müalicəsində geniş istifadə olunur. Həşərat dişləmələri zamanı zəhəri neytrallaşdırır. Dəri xəstəliklərinin, həmçinin ekzema, su çiçəyi, herpesin müalicəsində təyin olunur. Orqanizmin müdafiyə qüvvələrini artırır.

Çaytikanı yağı:
İltihabəleyhinə, antioksidant təsirlərə malikdir, dəri və selikli qişaların hüceyrələrini yumşaldır və qidalandıraraq onları bərpa edir, qanın laxtalanmasını normallaşdırır, yaraların sağalmasını sürətləndirir.

OLİBREY-in üstünlükləri:
Xəstəliyin ilk əlamətlərində effektivdir və tam müalicənin sonuna qədər istifadə oluna bilər;
Qırtlağın zədələnmiş nahiyəsinə düşərək, selikli qişanı tam bürüyür;
Tərkibində qaz olmadığı üçün uşaqlarda istifadə etmək olar;
Xüsusi hazırlanmış ucluq-effektiv, rahat və təhlükəsiz istifadə;
Səs tellərinin yüklənməsi zamanı istifadəyə yararlıdır;
Yağ formasında olduğu üçün daha dərin qatlara keçərək təsir effektini göstərir

Göstərişləri:
• LOR-PE-Yuxarı tənəffüs sistemi xəstəlikəri (KRX, KRVX, laringitlər, tonzillitlər,sinusit,rinit,faringit);Su çiçəyi zamanı
• AL-allergik rinit müxtəlif mənşəli səpgilər
• GN-cərrahi əməliiyatdan sonra və eroziyaların müalicəsi zamanı
• ST- (gingivit, paradontoz), diş ağrıları;
• DE- ekzema,psoriaz,atopik dermatit,seboreya,yaralar, kəsiklər,yanıq, Kəpəklə mübarizədə yaxşı effekt göstərir, dəridəki kosmetik defektləri aradan qaldırır (mozol, akne, ziyillər).

İstifadə qaydası:
3 ay — 6 yaşa 1 doza spreydən gündə 2 dəfə,
6 yaşdan yuxarı 2 doza spreydən gündə 2-3 dəfə, zədələnmiş nahiyəyə.
Buraxılış forması:, flakonda 30 ml.

İstehsalçı: “FORTEKS”Bolqariya