Bilibakt — Vista Pharm
Home » Məhsullarımız » Bilibakt

 

 

Tərkibi:

1 paketdə:
Saccharomyces boulardii – 250 mq
Bifidobacterium bifidum – 10 mlyd
Streptococcus termophilus – 10 mlyd
Lactobacillus acidophilus – 2 mlyd
Lactobacillus rhamnosus – 1 mly
Fol turşusu – 50 mkq
Niasin – 2 mq
Inulin – 2 qr

Farmakoloji təsiri:
Hər paketin tərkibində probiotik mikroorqanizmlərin 5 ştammı var. BİLİBAKT-ın antibiotiklərin təsirinə genetik davamlılığı,onun mədə-bağırsaq traktının normal mikrobiosenozunun müdafiəsində antibiotiklə eyni vaxtda təyinatına imkan verir. Məhz bu xüsusiyyət . BİLİBAKT -ı digər probiotiklərdən (bifido-, lacto- , Enterococcus faecalis tərkibli) fərqləndirir. . BİLİBAKT
kompleks təsirə malikdir: bağırsaq mikroflorasını bərpa edir, ishal əleyhinə, immunomoduləedici və desensibilizəedici təsir göstərir. Xüsusi tərtib olunmuş tərkib komponentlərinin hesabına . BİLİBAKT bağırsaqda şərti-patogen mikrofloranın artıb-çoxalmasının qarşısını alır (qıcqırma və çürümə proseslərin dayandırır). . BİLİBAKT -ın tərkibinə daxil olan bakteriyalar bağırsaqda aktivləşərək sirkə və süd turşusu sintez edirlər, bunula da turş mühit yaradaraq qazəmələgətirən və cürümə yaradan mikroorqanizmlərin fəaliyyətini (klostridiyalar, proteylər, bakteroidlər) tormozlayırlar;
Patogen və şərti-patogen bakteriyalarla antaqonistlik təşkil edən bakteriyaların miqdarını artırırlar;
Probiotiklər xüsusi antibakterial maddələr (süd turşusu, lizosim, laktosin, asidolin) sintez etməklə şərti-patogen bakteriyaların və bağırsaq infeksiyası (salmonella, şigella və s.) törədicilərinin artıb-çoxalmasının qarşısını alırlar.. BİLİBAKT -ın tərkibi normal bağırsaq mikroflorasının aktivliyi zəifləmiş, diri, leofilizə olunmuş (leofil qurudulmuş) ştammlarından ibarətdir. Qəbulundan 1-3 saat sonra (bakteriyanın anabiozdan çıxması üçün tələb olunan vaxt) diri bakteriyalar bağırsaqda məskunlaşır və öz fəaliyyətlərinə başlayırlar.
BİLİBAKT -un tərkibindəki probiotiklər mikrohissəciklər şəklində olduğu üçün daha uzun müddət yaşayırlar və bağırsağın daha mühüm hissəsinə asanlıqla çatırlar.
Fol turşusu: Disbakteriozlar zamanı orqanizmdə bəzi probiotiklərin yaşaması üçün vacib olan fol turşusunun miqdarı kəskin azalır. Fol turşusu həzm traktının işinə müsbət təsir göstərir, bağırsağın və qaraciyərin funksiyalarını normallaşdırır.
Niasin: Həzm sisteminin normal fəaliyyəti üçün vacibdir. Karbohidratları, yağları, zülalları parçalayaraq orqanizmi enerji ilə təmin edir.
İnulin: bifido- və laktobakteriyaların miqdarının artmasına şərait yaradaraq bağırsaqdakı patogen bakteriyaların inkişafının qarşısını alır. Yüngül işlədici, antitoksik, müdafiə və bürüyücü təsir göstərərək mədənin selikli qişasının qida tərəfindən mexaniki qıcıqlanmasının qarşısını alır.

Göstərişləri:
Uşaqlarda və böyüklərdə kəskin və xroniki bakterial və virus mənşəli ishal;
Antibiotikoterapiya və şüa terapiyası nəticəsində yaranan ishal və kolit zamanı
Bağırsaq disbakteriozunun profilaktika və müalicəsi (disbakteriozun əlamətləri: ishal, dispepsiya, qəbizlik, meteorizm, ürək bulanması, qusma, gəyirmə, qarın nahiyasində ağrılar)
İmmun sisteminin formalaşması dövrü (12 yaşa qədər);
Süni qidalanma və Keysəriyyə əməliyyatı ilə doğulan uşaqlar
Allergik xəstəliklər zamanı
Mədə-bağırsaq disfunksiyaları (qastro-ezofaqial reflüks, yoğun bağırsağın qıcıqlanma sindromu və s.

İstifadə qaydaları:
1 yaşa qədər uşaqlarda 1\2 paket gündə 1 dəfə, 1 yaşdan 6 yaşa qədər uşaqlarda 1 paket gündə 1 dəfə, 6 yaşdan yuxarı uşaqlarda və böyüklərdə 1 paket gündə 2 dəfə, Preparat yemək vaxtı daxilə qəbul olunur. Paketin möhtəviyyatını 100-150 ml istənilən məhlulda həll etmək tövsiyə edilir.
Buraxılış forması:, paket №10

İstehsalçı ölkə: Bolqariya, Forteks