Tərkib (100 ml şərbətdə) :
Vitamin A…………..2 800 BV
Vitamin D…………18,7 mkq
Vitamin C…………..250 mq
Vitamin E……………4,5 mq
Vitamin B1………….3,2 mq
Vitamin B2………….5,2 mq
Vitamin B6………….5,5 mq
Niasin (B3)…………45,7 mq
Vitamin B5-19,9mq,
Vitamin B12- 2,9 mq,
Lesitin-228,7 mq,
L-lizin-215,6 mq, itburnunun sulu ekstraktı, kökün yağlı ekstraktı, mals ekstraktı.
Tərkibində şəkər və süni rəngləyicilər yoxdur.
Farmakoloji təsiri:
Piena kids- polivitamin və polimineral preparat kompleksidir. İnfeksion xəstəliklərdən sonra, inkişaf və böyümə dövründə, vitamin və minerallara tələbatın artması zamanı vitamin çatmamazlığını aradan qaldırır. Preparatın tərkibi, uşaq orqanizminin bütün tələbatına uyğun olaraq hazırlanmışdır. Preparatın komponentlərinin qısa xarakteristikası aşağıda göstərilmişdir.Vitamin A müxtəlif maddələrin sintezində (zülallar, lipidlər, mukopolisaxaridlər) iştirak edir və dərinin, selikli qişaların və görmə orqanının normal funksiyasını təmin edir.
Vitamin D3 orqanizmdə Ca2+ və fosfor balansının tənzimlənməsində mühüm rol oynayır.
Vitamin B1 ürək-damar və sinir sisteminin fəaliyyətini normallaşdırır.
Vitamin B2-toxumalarda, hətta dəri hüceyrələrində regenerativ prosesləri normallaşdırır.
Vitamin B6-sümüklərin, dişlərin, damağın funksiya və strukturunu təmin edir
Vitamin B12-eritropoezdə iştirak edir, sinir sisteminin normal fəaliyyətini təmin edir.
B qrup vitaminlər, maddələr mübadiləsini tənzimləyən müxtəlif fermentlərin sintezində iştirak edir.
Vitamin C bioloji aktiv maddələrin oksidləşməsində iştirak edir, birləşdirici toxuma, karbohidrat mübadiləsini, qanın laxtalanmasını və toxumaların regenerasiyasını tənzimləyir, steroid hormonların əmələ gəlməsini stimullaşdırır, kapillyarların keçiriciliyini normallaşdırır.Vitamin B5 asetilləşmə və oksidləşmə proseslərində mühüm rol oynayan koenzim A-nın tərkib hissəsidir. L-lizin hidroxlorid –proteinlərin sintezi üçün vacib aminturşudur, əzələ toxumasının formalaşmasında mühüm rol oynayır. Kalsiumun orqanizmdə sovrulması və paylanması proseslərini normallaşdırır. Qeyri-spesifik immunitetin formalaşması proseslərini aktivləşdirir və virus əleyhinə təsir göstərir. Lizin insan orqanizmində sintez olunmur, ona gorə də lizinin kənardan qəbulu mütləqdir. Əsasən də uşaqlarda, aktiv inkişaf dövründə lizinə tələbat artır və onlara lizin tərkibli vitamin kompleksinin qəbulu məsləhətdir. Lesitin yaddaşı və qavramanı yaxşılaşdırır, vitaminlərin sovrulmasını yaxşılaşdırır (100% qədər).
Göstərişləri:
Ensefalopatiya, kəllədaxili hipertenziyalar
Iştahın,psixi və fiziki qabiliyyətin artırılması
Kəskin residivləşən virus xəstəliklər
İmmun sistemin möhkəmləndirilməsi məqsədilə
Anemiya kompleks mualic’si zaman
Beyin qan dövranının pozulması
Diqqətsizlik, yaddaşın zəifləməsi
İntellektual qabiliyyətin azalması
Psixomotor inkişafın ləngiməsi,psixi nitqi ləngimə
Kəllə-beyin travmaları
Yüksək oyanıqlıq
Asteniya və nevrosteniya
Enurez
Dizbakterioz fonunda yaranan vitamin çatışmazlığı
Virus mənşəli infeksion xəstəliklər zamanı
İstifadə qaydası və dozalanması:
6 aydan 1 yaşa qədər – 1 ç.q.(5 ml) gündə 2 dəfə, yeməkdən əvvəl;
1 yaşdan 5 yaşa qədər – 1 ç.q.(5 ml) gündə 3 dəfə, yeməkdən əvvəl;
6 yaşdan yuxarı uşaqlara –1 x.q. (15 ml) gündə 2 dəfə, yeməkdən əvvəl.
Balanslaşdırılmış qidalanmanın əvəzedicisi hesab olunmur!
Buraxılış forması: Piena kids,150 ml-lik flakonda
İstehsalçı ölkə:
FORTEKS , Bolqarıstan