Ribefol — Vista Pharm
Home » Məhsullarımız » Ribefol

 

Tərkibi:
Omeqa-3-doymamış yağ turşularının etil efiri 1000 mq
Eykozapentaen turşusu (EPA)300 mq,
Dokozaheksoen turşusu (DHA) 200 mq,
Vitamin E α-tokoferol15 BV,
Fol turşusu (vitamin B9) 400 mkq,
Yod 100 mkq

Farmakoloji təsiri:
Omeqa-3 doymamış yağ turşuları geniş spektrli kliniki-farmakoloji effektlərə malikdir:
lipid mübadiləsini normallaşdırır;ürək-damar və metabolik pozğunluqların qarşısını alır;
qanın reoloji xüsusiyyətlərini və mikrosirkulyasıyanı yaxşılaşdırır,damarların tonusunu requlə edir;
iltihabəleyhinə prostoqlandinlərin sintezini təmin edir (endotel zədələnməsinin və endotelial disfunksiyaların qarşısını alır);Immun, sinir, ürək-damar sistemi, gözün torlu qişası hüceyrələrinin struktur komponentlərindən olub, onların optimal fəaliyyətini təmin edir.
Hamilə və südverən anaların orqanizminə kifayət qədər Omeqa-3 doymamış yağ turşularının qəbulu, dölün düzgün formalaşması və inkişafı, həmçinin yenidoğulmuşun və dölün əqli inkişafı üçün həyati vacibdir.
Omeqa-3 doymamış yağ turşuları, ana-plasenta-döl sisteminin qan dövranını, qanın reoloji xüsusiyyətlərini yaxşılaşdırır, hestozların və perinatal ağırlaşmaların qarşısını alır (patoqenetik təsdiq olunub).
Fol turşusu qanyaranmada iştirak edir. Onun çatmamazlığı aterosklerotik dəyişikliklərin markeri olan- homosisteinin qanın plazmasında miqdarını artırır. Hamiləlik dövründə fol turşusunun çatmamazlığı anadangəlmə qüsurların (sinir borusu defektləri və s.), həmçinin hipotrofiya və yarımçıq doğulma ilə nəticələnə bilər.
Yod qalxanabənzər vəzin hormonlarının (tiroksin, triyodtironin) tərkibinə daxil olaraq onun normal fəaliyyətini tənzimləyir. Yod çatmamazlığı endemik zoba və kretinizmə gətirib çıxarır. Hamilə qadınlarda yoda tələbat artır. Ümumdünya səhiyyə təşkilatının qərarına görə dölün mərkəzi sinir sisteminin düzgün inkişafı üçün hamilə qadın orqanizmini kifayət qədər yodla təmin etmək lazımdır.
Vitamin E -antioksidantdır, oksidləşmə prosesləri nəticəsində hüceyrələrdə qocalma proseslərini tormozlayır, hüceyrələrin qidalanmasını yaxşılaşdırır, qan damarları divarlarını və ürəyi möhkəmləndirir, tromb əmələgəlmənin qarşısını alır və onların sovrulmasını təmin edir. Dölün normal inkişafı üçün vacibdir (əsasən də dölün tənəffüs sisteminin formalaşmasında), yumurtalıqların fəaliyyətini və hormonal fonu tənzimləyir (esterogen və progesteron sintezini və hormonal disbalansı), özbaşına düşük təhlükəsini aradan qaldırır.

Göstərişləri:
Orqanizmin müdafiə faktorları və immun sisteminin möhkəmləndirilməsi;
İştahın, psixiki və fiziki qabiliyyətin artırılması;
Görmə aparatı və beynin normal inkişafının təminatı;
Diqqət, davranış, oxuma, tələffüzün yaxşılaşması;
Allergik xəstəliklər, həmçinin bronxial astma;
Qaraciyərin infeksion və toksiki zədələnmələri;
Qrip, laringit, faringit, tonzillitlər və s;
Autoimmun xəstəliklər (revmatizm, sistemli qurd eşənəyi, yayılmış skleroz, revmatoid artrit, sistemli );
Raxitin müalicə və profilaktikası;
Sümüklərin zədələnməsi (sınıqlar, osteomielit, osteoporoz);
Dəri xəstəlikləri (psoriaz, ekzema, neyrodermitlər);
Lipid mübadiləsi pozğunluqlarının terapiyasında, kompleks müalicədə;

İstifadə qaydaları və dozalanması:
Profilaktik məqsədlə sutkada 1 softge 3 aydan az olmayan kurs müalicə ilə təyin olunur.

Buraxılış forması:
№60 softgel

İstehsalçı ölkə:
FORTEKS, Bolqarıstan